Futbol üzrə Azərbaycan milli komandası Malta yığması ilə yoldaşlıq görüşü keçirəcək
Futbol üzrə Azərbaycan milli komandası gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz səfərdə Malta yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqasında Malta yığması ilə iki dəfə üz-üzə gəlib. Hər iki qarşılaşma eyni hesabla (1:1) başa çatıb.

Xəbər 761 dəfə oxundu.