Cari ildə AMADA 16 antidopinq qayda pozuntusu aşkarlayıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) cari ildə 16 antidopinq qayda pozuntusu aşkar edib.

Bu sözləri dekabrın 26-da təşkil olunan mətbuat konfransında AMADA-nın rəhbəri Şəfəq Hüseynli deyib.

Ş.Hüseynli qeyd edib ki, hazırda araşdırmalar davam edir və tam dəqiq rəqəm növbəti ilin ilk aylarında məlum olacaq. Cari ildə aşkarlanan antidopinq qayda pozuntularından 4-ü ağır atletika, 4-ü boks, 2-si karate, 2-si güləş və hər birində 1 hal olmaqla atıcılıq, sambo, cüdo və atletika üzrə qeydə alınıb.


Xəbər 964 dəfə oxundu.