İdmançılarımız Qazaxıstanda beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
Qazaxıstanın Almatı şəhərində kombat ciu-citsu idman növü üzrə beynəlxalq turnir keçirilib.

Ölkəmizi bu turnirdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 3 idmançisi təmsil edib.

Yarışda 12-13 yaş kateqoriyasında Eyyub Əkbərov (60 kq), 16-17 yaş kateqoriyasında isə Esmira Məmmədova (65 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Medal hesabına görə birinci pillədə Qazaxıstan, ikinci yerdə Özbəkistan və üçüncü pillədə isə Azərbaycan komandası qərarlaşıb.

Qeyd edək ki, komandamız respublikanın Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 700 dəfə oxundu.