Azərbaycan komandası “Prezident kuboku” beynəlxalq döyüş sənətləri festivalının qalibi olub
Bakıda keçirilən “Prezident kuboku” beynəlxalq döyüş sənətləri festivalı başa çatıb.

Azərbaycanda ilk dəfə olaraq baş tutan festivalda 11 döyüş növü bir turnirdə təmsil olunub.

Festivalda ən çox medal qazanan komanda Azərbaycan millisi olub. Hesabında olan medalların sayına görə Özbəkistan komandası ikinci, İran isə üçüncü olub.

Turnirin sonunda hər bir döyüş növü üzrə ən çox medal qazanan komandalar kubokla mükafatlandırılıb.

Xəbər 807 dəfə oxundu.