Mario Mandzukiç karyerasını Qətərin “Əl Duhail” klubunda davam etdirəcək
Futbol üzrə Xorvatiya milli komandasının hücumçusu Mario Mandzukiçin yeni klubu məlum olub.

33 yaşlı hücumçu karyerasını Qətərin “Əl Duhail” klubunda davam etdirəcək. Xorvatiyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. M.Mandzukiçin yeni klubunda illik gəliri 7 milyon 300 min avro olacaq.

Qeyd edək ki, M.Mandzukiç “Bavariya”, “Atletiko”, “Yuventus” kimi komandalarda çıxış edib. Hücumçu Xorvatiya millisinin heyətində keçirdiyi 89 oyunda 33 qol vurub.

Xəbər 710 dəfə oxundu.