Bakının “Zirə” klubu Türkiyə, Rumıniya və Serbiya komandaları ilə qarşılaşacaq
Bakının “Zirə” futbol klubunun qış təlim-məşq toplanışının proqramı bəlli olub.

Azsport.az kluba istinadla xəbər verir ki, komanda yanvarın 3-də Bakıda bir araya gələcək. Ayın 7-dək paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Antalyaya yola düşəcəklər.

“Zirə” komandası Antalyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Komandamız yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, beş gün sonra Rumıniyanın “Sepsi”, ayın 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. “Zirə” yanvarın 22-də Bakıya dönəcək.

Xəbər 743 dəfə oxundu.