“Trabzonspor” səfərdə minimal hesabla qalib gəlib
Dekabrın 23-də Türkiyə Superliqasının XVI turunun son oyunlarında “Trabzonspor” səfərdə “Konyaspor”un qonağı olub.

Oyunda yeganə qolu trabzonluların hücumçusu Aleksander Sorlot vurub.

Beləliklə, “Trabzonspor” səfərdə “Konyaspor” üzərində 0:1 hesabı ilə qələbə qazanıb.

Günün digər oyununda isə “Alanyaspor” səfərdə “Dənizlispor”u 1:5 hesabı ilə darmadağın edib.

Hazırda “Sivasspor” turnir cədvəlinə 34 xalla liderlik edir. "Başakşəhər" 30 xalla ikinci, “Trabzonspor” isə 29 xalla üçüncü pillədə qərarlaşıb.

AZƏRTAC

Xəbər 725 dəfə oxundu.