Azərbaycan çempionatında 350-dən artıq cüdoçu mübarizə aparacaq
Dekabrın 24-də kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürəcək.

Bakı İdman Sarayında keçiriləcək yarış 3 gün davam edəcək. Turnirdə ümumilikdə 43 komandanın tərkibində 357 cüdoçu mübarizə aparacaq.

Dekabrın 26-da isə komanda yarışları təşkil olunacaq. Qeyd edək ki, çempionatda komanda yarışları ilk dəfə keçiriləcək. Kişilər 66, 73, 81, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 52, 57, 63, 70 və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Xəbər 723 dəfə oxundu.