Kişi voleybolçular arasında Azərbaycan Birinci Liqa yarışlarına start verilib
Kişi voleybolçular arasında Azərbaycan Birinci Liqa yarışlarına start verilib.

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun zalında keçirilən birincilikdə 8 klub mübarizə aparır.

“Azəri”, “Ağsu-Siti”, “Əlincə”, “Veteran 44”, “Memarlıq və İnşaat Universiteti”, “Tibb Universiteti”, TALEH–A.T” və “Araz 2011” mövsümün sonunda ən güclünü müəyyənləşdirəcəklər.
Birinci Liqanın açılış matçında “Azəri” komandası “Ağsu Siti”ni sınağa çəkib. Qarşılaşma əyalət komandasının qələbəsi ilə başa çatıb – 3:1. Ardınca “Əlincə” və “Veteran 44” üz-üzə gəliblər. Matçda “Əlincə” 3 xala sevinib – 3:1. “Memarlıq və İnşaat Universiteti”nin “Tibb Universiteti”nə tay-brekdə qalib gəldiyi gündə “Taleh-A.T” “Araz 2011”ı “quru hesabla” məğlub edib.

Qeyd edək ki, Birinci Liqa yarışları 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

Xəbər 710 dəfə oxundu.