Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turnirinə yekun vurulub
Dekabrın 22-də Azərbaycan Texniki Universitetinin idman zalında AFFA-nın və www.brendsport.az saytının təşkilatçılığı ilə futbol turnirinə yekun vurulub.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin 50 illik yubileyi münasibətilə AFFA-nın və “www.brendsport.az” saytının təşkilatçılığı ilə reallaşan turnirdə dövlət və media qurumlarının təmsilçilərindən, eləcə də tanınmış idmançılardan və ictimai xadimlərdən ibarət 8 komanda mübarizəyə qoşulub.

Üç gün davam edən yarışda “ATV” komandası birinci, “Şou Biznes” ikinci, “Brendsport” üçüncü, “AzTV” isə dördüncü yeri tutub.


Xəbər 717 dəfə oxundu.