Bakıda döyüş növləri üzrə “Prezident Kuboku” uğrunda yarış keçirilir
Dekabrın 22-də Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Prezident Kuboku" uğrunda yarış start götürüb.

Üç gün davam edəcək yarışda 11 döyüş federasiyasının idmançıları medallar uğrunda mübarizə aparırlar.

Turnirdə Azərbaycan da daxil olmaqla 11 ölkədən 900-dən çox idmançı qüvvəsini sınayır.


Xəbər 713 dəfə oxundu.