Azərbaycan idmançısı kəmər güləşi üzrə dünya çempionatında mübarizəyə başlayıb
Dekabrın 21-də Qazaxıstanın paytaxtı Nur-Sultanda kəmər güləşi üzrə dünya çempionatına start verilib.

Ölkəmizi mundialda idmançı Camal Feyziyev (100 kq-dan yuxarı) və hakim Rəsul Həsənov təmsil edir.

Qeyd edək ki, çempionata 40 ölkədən 200 idmançı qatılıb.


Xəbər 750 dəfə oxundu.