Azərbaycan ağırlıqqaldıranı Qətər Beynəlxalq Kubokunun qalibi olub
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova VI Qətər Beynəlxalq Kubokunun qalibi olub.

“Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü toplam 221 kiloqram (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, dekabrın 24-dək davam edəcək yarışa Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) da qatılıb.


Xəbər 1050 dəfə oxundu.