Azərbaycan badmintonçuları "Turkey Open 2019" turnirində çıxış edir
Azərbaycanın badminton üzrə milli komandasının üzvləri Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış edir.

Badmintonçularımızdan mübarizəyə təsnifat mərhələsindən başlayan Cahid Əlhəsənov ilk görüşündə Eret Murat Güngora 2:0 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Ukrayna təmsilçisi Qlib Beketova 0:2 hesabı ilə uduzub. Səbuhi Hüseynov isə təsnifat mərhələsinin ilk görüşündə Yusuf Yaşara 0:2 hesabı ilə məğlub olub.

Mübarizəyə əsas mərhələdən qoşulacaq Ezmi Qovimuramadhoni bu gün Macarıstan badmintonçusu Gergeli Krauszla qarşılaşacaq.


Xəbər 975 dəfə oxundu.