Azərbaycan idmançısı Moskvada 6 görüşdən 4-nü qalib başa vurub
Azərbaycan qılıncoynadanı Zərifə Hüseynova Moskvada keçirilən 2005-2009-cu il təvəllüdlü sablyaçıların yarışdığı açıq turnirdə iştirak edib.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran idmançımız 1/32 finalda Malena Kunaşevaya 12:9 hesabı ilə qalib gəlib. Z.Hüseynova onaltıdabir finalda Veronika Osipovanı 12:7 hesabı ilə məğlub edib. Səkkizdəbir finalda Karina Talladaya 8:12 hesabı ilə uduzan Z.Hüseynova 120-dən çox iştirakçının mübarizə apardığı turnirdə 16-cı olub.

Xəbər 960 dəfə oxundu.