Futbol üzrə Azərbaycan kuboku: “Neftçi”ni mübarizədən kənarlaşdıran “Sumqayıt” adını yarımfinala yazdırıb
Dekabrın 20-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın dörddəbir final mərhələsinə digər iki vəsiqə uğrunda ilk görüşdə “”Sumqayıt” və “Neftçi” komandaları qarşılaşıblar.

“Kapital Bank Arena”da keçirilən cavab oyununda qolsuz heç-heçə qeydə alınıb. İlk oyunda Bakıda paytaxt təmsilçisini minimal hesabla məğlub edən sumqayıtlılar iki oyunun yekununda yarımfinala yüksəliblər.

Günün sonuncu qarşılaşmasında “Keşlə” komandası “ASCO Arena”da “Qarabağ” ilə görüşəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 20:00-da başlayacaq. Bu komandaların birinci görüşündə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Azərbaycan kuboku uğrunda yarışın digər yarımfinalçıları “Qəbələ” və “Zirə” komandalarıdır. “Qəbələ” dörddəbir finalda “Sabah”ı (3:0, 3:2), “Zirə” isə “Səbail”i (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, Azərbaycan kuboku uğrunda turnirin sonuncu qalibi finalda “Sumqayıt” klubuna 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası olub.

Xəbər 742 dəfə oxundu.