“Premier”–“Araz” futzal oyunu Qubada keçiriləcək
Futzal üzrə Yüksək Liqanın XIV turu çərçivəsində keçiriləcək “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin idman kompleksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı Azərbaycan Futzal Federasiyasına müraciət ünvanlayıb. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Xəbər 738 dəfə oxundu.