Tomas Bax İsveçrə parlamentində çıxış edib
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Tomas Bax İsveçrədə rəsmi səfərdə olub.

T.Bax səfəri zamanı bu ölkənin parlamentin hər iki palatasının - İsveçrə Milli Şurasının və İsveçrə Dövlətlər Şurasının iclaslarında iştirak edib.

Onun İsveçrə Milli Şurasında çıxışı böyük maraqla və alqışlarla qarşılanıb.

Sonra T.Bax İsveçrə Milli Şurasının üzvləri ilə görüşüb. Görüşdə İsveçrə, Vo kantonu, Lozanna və Beynəlxalq Olimpiya Komitəsi arasındakı əlaqələr müzakirə olunub. Həmçinin “Olimpiya gündəliyi-2020” Proqramı, idmanın inkişafı, Olimpiya Oyunlarının davamlılığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər idman vasitəsilə təhsilin əhəmiyyəti, həmçinin “Lozanna-2020” Yeniyetmələrin Qış Olimpiya Oyunları ilə fikir və mülahizələrini bölüşüblər. Bildirilib ki, gələcəyimiz olan gənclərin həyatında önəmli rol oynayan idmanın təsir gücü daha da artırılmalıdır.

Qeyd edək ki, Tomas Baxın səfəri İsveçrə Milli Şurasının sədri İzabel Morettinin dəvəti ilə həyata keçirilib.

Xəbər 728 dəfə oxundu.