VI beynəlxalq Qətər kuboku turnirində Azərbaycanı üç ağır atlet təmsil edəcək
Dekabrın 19-dan 24-dək Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı beynəlxalq Qətər kuboku turniri keçiriləcək.

“Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Asif Məmmədovun rəhbərliyi ilə yığma komandamızın üç üzvü iştirak edəcək.

Turnirdə qadınların yarışında Boyanka Kostova (59 kq), kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) güclərini sınayacaqlar.

Xəbər 1038 dəfə oxundu.