Naxçıvanlı güləşçilər beynəlxalq turnirdə 4 medal qazanıblar
Bakı şəhərindəki Xırdalan “Zirvə” İdman Kompleksində 2005-2009-cu illər təvəllüdlü azyaşlılar arasında keçirilən sərbəst güləş üzrə I Beynəlxalq zirvə turnirində naxçıvanlı güləşçilər uğurlu nəticələr əldə ediblər.

4 ölkədən 100-ə yaxın idmançının iştirak etdiyi turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 4 idmançısı adlarını qaliblər sırasına yazdırıblar.

Belə ki, 35 kiloqram çəki dərəcəsində Nicat Ocaqquliyev və 38 kiloqram çəki dərəcəsində Ramil İsmayılov gümüş medal qazanıblar. Digər iki idmançı, 44 kiloqram çəki dərəcəsində Elmir Hacıyev və 75 kiloqram çəki dərəcəsində Əli Səfərov beynəlxalq turniri üçüncü pillədə başa vurublar.

Sonda idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Xəbər 675 dəfə oxundu.