“Keşlə” klubunun əməkdaşları hüquq-mühafizə orqanlarına dəvət olunublar
“Keşlə” futbol klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, həmin şəxslərin 2017-ci ildə “Binə” klubundakı fəaliyyətlərinə görə izahatları alınıb.

“Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra M.Babayev və A.Səfərov ilə bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.

Klubun məlumatında xüsusi vurğulanıb ki, aparılan araşdırmaların “Keşlə”yə heç bir aidiyyəti yoxdur. Klub idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir.

Xəbər 736 dəfə oxundu.