Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının əməkdaşları təltif olunub
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının əməkdaşları təltif olunub.

Qazandıqları uğurlara görə Ziya Mirzəyev, Seymur Xəlilov, Elxan Cəfərov və Fuad Əliyevə Gənclər və İdman Nazirliyi tərəfindən beynəlxalq dərəcəli hakim fəxri adı verilib. Həmçinin S.Xəlilov və E.Cəfərova İdman ustası fəxri adı verilib.

Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov yetirmələrinə fəxri adların verilməsini yüksək qiymətləndirib.

Bildirib ki, yekunlaşmaq üzrə olan il federasiya üçün uğurlu olub. İdmançılarımız beynəlxalq arenada uğurla çıxış edərək Vətənə medallarla qayıdıblar. Gələn il idmançılarımızı daha ciddi sınaqlar gözləyir. Ümid edirəm ki, idmançılarımız növbəti ildə də qələbələri ilə xalqımızı sevindirəcək.

Xəbər 685 dəfə oxundu.