Kikboksçularımız Kiyevdə beynəlxalq turnirdə 7 medal qazanıblar
Kikboksçularımız Kiyevdə təşkil olunan WAKO (Dünya Kikboksinq Assosiasiyası Təşkilatı) versiyası üzrə “Wizard - Open Rıng 2019” beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Yeniyetmələr və böyüklər arasında keçirilən yarışda Azərbaycan Kikboksinq Federasiyasının (AKF) “Sərhədçi” komandası 7 medal qazanıb.

Əməkdar məşqçi, dünya çempionu Fuad Zeynalovun rəhbərliyi altında Elməddin Baxşəliyev (67 kq), Elşad Şahbazov (71 kq), Elcan Alıkişiyev (81kq) qızıl, Vüsal Kazımov (54 kq), Zöhrab Əsədov (28 kq) gümüş, Məqsəd Hacıyev (60 kq) və Nihad Hüseynov (45 kq) isə bürünc medala sahib olublar.


Xəbər 1022 dəfə oxundu.