AzTU-nun tələbəsi kempo üzrə Avropa çempionu olub
Azərbaycanda karatenin kempo növü üzrə Avropa çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb. Ölkəmizi çempionatda 63 kiloqram çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) ikinci kurs tələbəsi Əli Abdullazadə təmsil edib.

Ə.Abdullazadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Universitetin rektoru Vilayət Vəliyev Ə.Abdullazadə ilə görüşüb və ona uğurlar arzu edib.

Xatırladaq ki, Ə.Abdullazadə 2019-ci ilin mayında kempo üzrə dünya çempionu adını qazanıb.

Xəbər 785 dəfə oxundu.