Sumqayıtda Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş cüdo birinciliyi keçirilib
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Paralimpiya İdman Kompleksində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş 2003-2005-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə şəhər birinciliyi keçirilib.

Yarışda 200-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.

İki gün davam edən birincilikdə Əlvan Səfərov (46 kq), Səxavət Hacıyev (50 kq), Eltac Yusifli (55 kq), Tamerlan Kərimov (60 kq), Nihad Şıxəlizadə (66 kq), Ömər Rəcəbli (73 kq), Müsül Mirzəyev (81 kq), Elvin Alverov (90 kq) və Atababa Niftəliyev (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızlar arasında isə Nigar Şahməmmədova (44 kq), Gülşən Kərimova (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57 kq) və Elnarə Rəşidova (78 kq-dan yuxarı) birinci olublar.

Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərmanla təltif olunublar.

Xəbər 729 dəfə oxundu.