İdmançılarımız muay-tay üzrə Avropa kuboku turnirində 10 medal qazanıblar | |
Azərbaycan idmançıları Antalyada keçirilən muay-tay üzrə Avropa kuboku turnirində 10 medal qazanıblar. Turnirdə İzzət Həsənov (36 kq), Səlahhəddin Qocazadə (38 kq), Əvəz Allahverdiyev (48 kq), Rəvan Abdullayev (51 kq), Murad Səfərəliyev (54 kq) və Məhəmmədəli Abdullayev (57 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihad Şoranov (36 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib. Arif Əliyev (38 kq), Emil Məmmədəliyev (40 kq) və Nemət Rəhmətullayev (81 kq) isə yarışda üçüncü olublar. Qeyd edək ki, ölkəmizi bu yarışda 4 məşqçi və 16 idmançı təmsil edib. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|