Gənc qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışında güclərini sınayıblar
Gənc kişi şpaqaçılarımız Yunanıstanın İraklion şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak ediblər.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran millimizin üzvü Ruslan Həsənov pley-off mərhələsinin ilk görüşündə rumıniyalı David Statieyə 15:10 hesabı ilə qalib gəlib. İdmançımız 1/64 finalda Rusiya təmsilçisi Mixail Sprinə 11:12 hesabı ilə uduzub.

Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/64 finalda polşalı Jan Soça 11:15 hesabı ilə məğlub olub.

Barat Quliyev qrupu 3 qələbə ilə bitirərək pley-off mərhələsinə adlayıb. Bu mərhələdə təmsilçimiz Yaponiya şpaqaçısı İnoue Taktomi ilə bacarmayıb - 12:15.

Şpaqaçılarımız komanda yarışında Avstriyaya 35:45 hesabı ilə uduzublar.

Xəbər 1157 dəfə oxundu.