Yeniyetmələr arasında keçirilən qılıncoynatma üzrə ölkə birinciliyinə yekun vurulub
Azərbaycan Qılıncoynatma Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 2006-2009-cu il təvəllüdlü idmançılar arasında açıq birinciliyə yekun vurulub.

Azərbaycan Texniki Universitetinin zalında keçirilən yarışda 100-dən çox yeniyetmə və uşaq qılıncoynadan 3 kateqoriya üzrə mübarizə aparıb.

İştirakçılar həm şəxsi, həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Oğlanlar arasında sablyada Nurlan Zeynallı, şpaqada Səid Əliyev və rapirada Daniel Verstakovas fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova, şpaqada Lalə Hümbətova və rapirada Amaliya Məmmədova birinci olublar.

Qaliblər diplom, medal və kubokla təltif olunublar.

Xəbər 1036 dəfə oxundu.