Binəqədi rayon məktəbliləri arasında “Dama” birinciliyi keçirilib
Dekabrın 13-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 23 dekabr bələdiyyə seçkiləri münasibətilə məktəblilər arasında “Dama” birinciliyi keçirilib.

Yarışın yekun nəticəsinə görə, 283 N-li tam orta məktəbin komandası birinci, 30 N-li tam orta məktəbin komandası ikinci, 306 N-li tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.

Xəbər 830 dəfə oxundu.