Qax məktəbliləri qol güləşi yarışında güclərini sınayıblar
Qaxda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan məktəblilər arasında qol güləşi üzrə rayon birinciliyi başa çatıb.

Rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq keçirilən yarışda 4 çəki dərəcəsi üzrə 68 məktəbli idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən, Əfqan Yunisli, Eşqin Ramazanov, Eşqin Əlizadə və Merab Papiaşvili birinciliyin qalibi adını qazanıblar.

Birincilikdə ilk üç yeri tutan idmançılara idarənin diplomları təqdim olunub.

Xəbər 724 dəfə oxundu.