Kikboksinq üzrə Azərbaycan komandası Almaniya yığmasını məğlub edib
Almaniyanın Duisburq şəhərində Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar turnir təşkil edilib.

Yarışda Azərbaycan komandası ilə Almaniya kikboksçuları qarşılaşıblar.

Komandamız Almaniya yığmasını 5:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Komandamızın üzvləri Ramal Aslanov (72,5 kq), Anar Məmmədov (58 kq), Zöhrab Əzimov (68 kq), Orxan Məlikov (88 kq) və Fuad Haşimi (100 kq) rəqibləri üzərində qələbə qazanıblar.

Komandamız federasiyanın prezidenti Adil Əliyev və vitse-prezident Güloğlan Cabbarovun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 1007 dəfə oxundu.