Kikboksinq üzrə Ağcabədi rayon turnirində 48 idmançı mübarizə aparıb
Ağcabədidə keçirilən kikboksinq idman növü üzrə rayon turniri başa çatıb.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Birlik” idman klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 48 idmançı qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 705 dəfə oxundu.