Beynəlxalq dərəcəli hakimimiz “Olimp”-“Calcit” oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz Çağırış kuboku yarışlarında mübarizə aparan Çexiyanın “Olimp” və Sloveniyanın “Calcit” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu rumıniyalı baş hakim Emil Mihai Rusinoiu idarə edəcək.

Turnirin 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də Çexiyanın Kladno şəhərində təşkil olunacaq.


Xəbər 632 dəfə oxundu.