Boccia idman növü üzrə “Seni Cup” çempionatının qalibləri müəyyənləşib
Bakı İdman Sarayında paralimpiyaçılar arasında boccia idman növü üzrə “Seni Cup” çempionatının qalibləri müəyyənləşib.

Çempionatın final mərhələsində 60-dan çox fiziki məhdudiyyətli idmançı mübarizə aparıb. Yarışlarda Qalib Canıyev (BC1), Sona Ağayeva (BC2), Qüdrət Yusifli (BC3), Xəyal İslamov (BC4) və Ramid Əliyev (BC5) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalibləri boccia üzrə Azərbaycan milli komandasının heyətinə dəvət alıblar.

Xatırladaq ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq 50 ölkədə inkişaf edir. İdmanın bu növü ilə ağır kateqoriyalı əlilliyi olan bütün insanlar da məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına beş il əvvəl başlanıb. Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə idmanın bu növü üzrə milli federasiya yaradılıb. Federasiyanın yaranmasından ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar.

Xəbər 707 dəfə oxundu.