“Sabah” komandası İspaniyanın “Levante” klubu ilə qarşılaşıb | |
Bakının “Sabah” futbol klubunun U-14 komandası Tbilisidə keçirilən “Audi Cup” turnirində iştirak edir. Azsport.az saytı kluba istinadla xəbər verir ki, komandamız turnir çərçivəsində ilk oyununu İspaniyanın “Levante” komandasına qarşı keçirib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda komandamızın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb. “Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək. |
|
Xəbər 711 dəfə oxundu. |
|
|