Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən stolüstü tennis turniri keçiriləcək
Dekabrın 14-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis turniri keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi, “Brend.sport.az saytının təşkilatçılığı ilə baş tutacaq turnir ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illik yubileyinə həsr olunub.

“İlhamlı qələbələr” adlı turnirdə jurnalistlərin, incəsənət nümayəndələrinin və tanınmış şəxslərin iştirakı nəzərdə tutulub.

Xəbər 1128 dəfə oxundu.