Azərbaycan çempionu «Moskva «Dinamo»sunda

Xorvatiyalı voleybolçu Nataşa Osmorkoviç Moskva «Dinamo»su ilə müqavilə imzalayıb. idman.com.az saytı gazeta.ru portalına istinadən xəbər verir ki, «Rabitə»nin şərəfini qorumuş 35 yaşlı voleybolçu bir il Rusiya paytaxtının təmsilçisinin uğurları üçün çalışacaq. Paytaxt klubunun baş direktoru Vladimir Zinçev transferi şərh edərkən deyib: «Qadın voleybolunu bilən üçün bu adın təqdimata ehtiyacı yoxdur. Onun son nailiyyətlərindən klubların dünya çempionatını xatırlamaq olar. Orada o, ən yaxşı oyunçu seçilmişdi. Ümid edirik ki, o, komandamıza xeyirli olacaq. Rəqiblərimiz güclənir və bu onlara cavab kimi növbəti transfer gedişlərimizdən biridir. Onunla birillik müqavilə imzalamışıq. Yaş xüsusiyyətlərinə görə, qərar bir qayda olaraq belə verilir. Hər şey yaxşı olsa, müqaviləni yeniləyə bilərik».


Xəbər 1050 dəfə oxundu.