“Renault” 2021-ci ildə gənclər akademiyasının məzununu F1-ə çıxarmaq istəyir
“Renault” akademiyasının direktoru Mia Şarizman qeyd edib ki, onun təmsil etdiyi qurum 2021-ci il Formula 1 yarışlarına öz pilotunu çıxarmaq fikrindən imtina etməyib.

Komandanın rəsmi saytında akademiya direktorunun aşağıdakı sözləri yer alıb: “Əsas məqsədin çempionatda qələbə qazanmaq olduğu aşkardır. Çünki debütantlar üçün qələbə qazanmaq hər il daha çətin olur. Demək, 2020-ci ildə biz özümüzün təcrübəli heyətimizlə daha yaxşı vəziyyətdə olacağıq. Başlıca hədəfimiz 2021-ci il Formula 1 mövsümündə öz akademiyamızdan pilot çıxarmaq olub, bu səbəbdən irəlidə bizi çox gərgin iş gözləyir. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Növbəti il bizim akademiyanın hücum ili olacaq.

Biz çempionatlarda qələbə qazanmağa çalışırıq və ən yaxşı gənc istedadların “Renault” ilə əməkdaşlıq etmək istəməsi üçün öz proqramımızın nüfuzlu olmasına səy göstəririk. Növbəti mövsümü səbirsizliklə gözləyirəm, çünki gərgin il olacaq”.

AZƏRTAC

Xəbər 747 dəfə oxundu.