“Olimpiya hərəkatı” layihəsi çərçivəsində Bakı üzrə velosiped yarışına yekun vurulub
Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 7-8-ci sinif şagirdləri arasında keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində Bakı üzrə velosiped yarışına yekun vurulub.

Respublika Velotrekində keçirilən final mərhələsində 12 məktəbin komandası iştirak edib.

Yarışın yekununa əsasən, Yasamal rayonu 308 nömrəli orta məktəbin komandası birinci yerə layiq görülüb. Xətai rayonu 29 nömrəli məktəbin şagirdləri ikinci, Nəsimi rayonu 111 nömrəli məktəbin təmsilçiləri isə üçüncü yeri tutublar.

Qeyd edək ki, reqlamentə əsasən 2 ay müddətində Bakı üzrə ümumilikdə 247 məktəbin 4000-ə yaxın şagirdi velosiped yarışlarında iştirak edib və rayondaxili seçimlərin yekunu olaraq final mərhələsinə heyəti 3 oğlan və 1 qız velosipedçidən ibarət 12 komanda vəsiqə əldə edib.

Xəbər 919 dəfə oxundu.