“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib
İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının dördüncü mərhələsinin səkkizdəbir finalının cavab oyunları keçirilib.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Dmitri Yakovenko ilə növbəti partiyanı da heç-heçə başa vurub.

Qeyd edək ki, şahmatçımızın rəqibi ilə ilk qarşılaşmasında da bərabərlik qeydə alınıb.


Xəbər 716 dəfə oxundu.