Formula 2-də Antuan Yuber mükafatı təsis edilib
Formula 2 yarışlarının rəhbəri Bruno Mişel Spada baş vermiş qəza nəticəsində həlak olmuş yürüşçü Antuan Yuberin xatirəsinə həsr olunmuş mükafatın təsis edildiyini elan edib. Mükafatın loqotipi Antuanın dəbilqəsində təsvir edilmiş ulduzu, fransız bayrağının rənglərini və yürüşçünün avtoqrafını ehtiva edir.

Unikal mükafatın ilk sahibi 2019-cu il mövsümünün debütantı Quan Yu Çjou olub. Monakoda keçirilən mərasimdə mükafatı Antuanın qardaşı Viktor təqdim edib.

Bruno Mişel mərasimdə deyib: “Antuan həmişə ailəmizin bir üzvü olacaq. O, 2016-cı ilin sonunda, mövsümdən sonra Əbu-Dabidə keçirilən GP3 sınaqlarda bizə qoşulub və iki mövsüm ərzində uğurla çıxış edərək ötən il çempion olub. Formula 2 yarışlarının debüt mövsümündə Antuan iki mövsümdə - Monakoda və Le-Kastelldəki ev mərhələsində iki qələbə qazanıb, 2019-cu il mövsümündə bu nəticəni əldə edən yeganə debütant olub. Biz onun xatirəsini əziz tuturuq və ilin ən yaxşı debütantı üçün onun adını daşıyan mükafat təsis etmişik”.
Quan Yu Çjou çıxışında qeyd edib: “”İlin debütantı” titulunu qazanaraq Antuan Yuber mükafatını almaq mənim üçün böyük şərəfdir. O, mənə gözləniləndən də yüksək nəticə əldə etdiyim cari mövsümü xatırladacaq. Mən UNI-Virtuosi komandasına gərgin fəaliyyətə görə və Renault proqramına mənim üçün etdikləri hər şeydən ötrü təşəkkürümü bildirirəm”.

Xəbər 722 dəfə oxundu.