Oğuzda voleybol üzrə rayon birinciliyi başa çatıb
Oğuz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan voleybol üzrə rayon birinciliyi başa çatıb.

Oğuz Rayon İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyasının yerli nümayəndəliyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb.

Dairəvi sistem üzrə keçirilən birinciliyin final oyununda “Qafqaz” və “AFRA” komandaları qarşılaşıblar. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qafqaz” komandası birinciliyin qalibi adını qazanıb.

Qalib komandalara diplom və pul mükafatları təqdim olunub.

Xəbər 659 dəfə oxundu.