Azərbaycan qılıncoynadanları ABŞ-da təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycanın qadın qılıncoynadanları ABŞ-ın Solt Leyk Siti şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Təlim-məşq toplanışına milli komandamızın üzvləri Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qatılıblar.

Sablyaçılarımız hazırlıq prosesində baş məşqçi Çingiz Mustafayev və məşqçi Vadim Şturbabinin rəhbərliyi altında iştirak edirlər.

Qeyd edək ki, idmançılarımız dekabrın 13-15-də adı çəkilən şəhərdə dünya kuboku turnirində güclərini sınayacaqlar. Dünya kuboku turnirində 25 ölkədən 186 qılıncoynadan mübarizə aparacaq.

Xəbər 1033 dəfə oxundu.