“AZE Naxçıvan-Köln” futbol klubunun İdarə Heyətinin iclası keçirilib
“AZE Naxçıvan-Köln” futbol klubunun İdarə Heyətinin iclası keçirilib.

İclasda bir sıra vacib qərarlar qəbul olunub. Klubun tərkibində Akademiyanın yaradılmasına qərar verilib. Bundan başqa klubun nəzdində təxminən 5 müxtəlif yaş qrupundan ibarət komandalar yaradılacaq. Birinci qrup 6-7, ikinci qrup 8-9, üçüncü qrup 11-12, dördüncü qrup isə 17-18 yaşlılardan təşkil olunacaq. Hələlik 4 yaş qrupundan ibarət komandanın olması qərarlaşdırlıb. Gələcəkdə bu yaş qruplarının sayının artırılacağı nəzərdə tutulur. Akademiyadan başqa klubun tərkibində transfer və skout fəaliyyətinin aparılması üçün “AZE Naxçıvan-Köln” futbol şirkətinin qurulmasına qərar verilib.

Hələlik Akademiyaya Almaniyada yaşayan uşaqlar, yeniyetmə və gənclər müraciət edə biləcəklər. Amma orada daimi qalmaq üçün şərait formalaşandan sonra digər ölkələrdən də uşaq və yeniyetmələr qəbul ediləcək.

İclasda eyni zamanda qərara alınıb ki, Avropa ilə Azərbaycan arasında idmanın əsas qollarından biri olan futbolla bağlı əlaqələr gücləndirilsin. Azərbaycan klublarının xarici klublarla əlaqələri, onların skout işlərinin dəstəklənməsi, gələcəkdə Azərbaycan komandalarının da təlim-məşq toplanışlarının Avropada təşkil olunması istiqamətində fəaliyyətin göstərilməsi ilə bağlı qərar qəbul olunub.

İclasda, həmçinin Köln Nippes Bələdiyyəsinin bu şəhərin Veiden qəsəbəsində yerləşən futbol kompleksindən istifadəsinə dair razılıq qərarı üçün klub rəhbərliyi adından şəhər bələdiyyə rəhbərliyinə təşəkkür müraciəti qəbul edilib.

Xəbər 714 dəfə oxundu.