Şəhid Adil Rüstəmovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan bayrağı” ordenli, şəhid Adil Rüstəmovun xatirəsinə futbol turniri keçirilib.

“Vətən” futbol məktəbinin meydançasında 2005-2007-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 8 komanda iştirak edib. Yekun nəticələrə görə, turnirin qalibi adına “Vətən” komandası layiq görülüb.

Yarışda ilk üç yeri tutan komandalara medal və diplomlar təqdim olunub.

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, eləcə də idman ictimaiyyətinin və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Xəbər 717 dəfə oxundu.