Şəhriyar Məmmədyarov rapid və blits üzrə dünya çempionatında iştirak edəcək
Dekabrın 25-dən 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Dünya çempionatında 250-dən çox zəka sahibinin iştirakı artıq dəqiqləşib. Onlar arasında Şəhriyar Məmmədyarov, Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aniş Giri, Hikaru Nakamura və Vladimir Kramnik da var.

Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionu olub. O, ötənilki analoji yarışda gümüş medal qazanıb.

Xəbər 688 dəfə oxundu.