APOEL klubu baş məşqçisi ilə yollarını ayırıb
UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL klubunun baş məşqçisi Tomas Doll istefa verib.

53 yaşlı almaniyalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Baş məşqçi postunun səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.

Baş məşqçinin istefa səbəbi APOEL-in ölkə çempionatının sonuncu turunda Nikosiyanın “Olimpiakos” klubuna 0:2 hesabı ilə uduzması olub.

APOEL Tomas Dollun rəhbərliyi altında UEFA Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Avroliqada “Qarabağ”la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. APOEL Kipr çempionatında isə 18 xalla 4-cüdür.

Xatırladaq ki, T.Doll cari ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.

AZƏRTAC

Xəbər 753 dəfə oxundu.