Dani Kintana Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu seçilib
Azərbaycan Premyer Liqasında XIV turun ən yaxşı futbolçusu müəyyənləşib.

Azsport.az saytı Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana seçilib. İspaniyalı futbolçu “Keşlə”yə qarşı görüşü (2:2) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.

Qeyd edək ki, Dani Kintana XIV turun rəmzi komandasında da yer alıb.

Xəbər 718 dəfə oxundu.