Azərbaycan Premyer Liqasının XIV turunun rəmzi komandası açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 2, “Neftçi”dən 4 və “Zirə”dən 4 oyunçu daxil edilib.

Rəmzi heyətdə Səlahət Ağayev (“Neftçi”), Aliton Silva (“Qarabağ”), Adrian Skarlatake (“Zirə”), Anton Krivotsyuk, Tural Axundov (hər ikisi “Neftçi”), Nicat Süleymanov, Elvin Camalov (hər ikisi “Zirə”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Xulio Sezar Rodrigez (“Zirə”) və Stiven Monroz (“Neftçi”) yer alıblar.

Xəbər 728 dəfə oxundu.