Bakı Olimpiya Stadionunun rəhbərliyi UEFA-nın seminarında iştirak edəcək
“Avro 2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında çempionata ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün təşkil olunmuş seminarda iştirak edir.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir. Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında “Avro 2020”nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.

Xəbər 707 dəfə oxundu.